Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Tərtərdə kütləvi dava – xəsarət alanlar var

dava1

 

Tərtər rayonunda bir necə nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava baş verib.

Xeberinfo.com:   Hadisə rayonun Seyidimli kəndində müvəqqəti məskunlaşmış Kəlbəcər rayonundan məcburi köckün olan iki ailə arasında qeydə alınıb. Qonşular arasında baş verən davaya sonradan bir neçə nəfər də cəlb olunub.

Təxminən 20 nəfərin iştirak etdiyi əlbəyaxa dava zamanı tərəflər bir-birlərinə küt alətlərlə xəsarət yetiriblər.

Hadisə zamanı Kəlbəcər rayon sakinləri: – 37 yaşlı Azər İsmayılov, 28 yaşlı Elnur İsmayılov, 54 yaşlı Roza İsmayılova, 61 yaşlı Vəliyyədin İsmayılov və Lacın İsmayılov müxtəlif bədən nahiyələrindən küt alətlərlə xəsarətləri alıblar.

Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib. Hazırda onların vəziyyəti kafi qiymətləndirilir.

Məlumata görə, qonşular arasında mübahisənin yaranmasına səbəb su arxının təmizlənməsi olub.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam