Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Metronun yaxınlığından meyit tapıldı

 

 

Bakının Sabunçu rayonu, "Koroğlu" metro stansiyası yaxınlığındakı evlərin birində kişi meyiti tapılıb. 

 

“xeberinfo.com”: Sabunçu Rayon Polis İdarəsindən əldə etdiyimiz məlumata görə, sözügedən ərazidə yaşayanlar qonşuluqdakı evdən kəskin iy hiss etdiklərindən polisə məlumat veriblər. Əraziyə gələn Sabunçu polisi İltifat Mehrəliyevi yaşadığı evdə ölü tapıb. Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, İltifat Mehrəliyev qarın və boğaz nahiyəsindən bıçaq zərbələri alaraq qətlə yetirilib.

 Mərhumun oğlu Əliyar Mehrəliyevin verdiyi məlumata görə, o atasının ölüm xəbərini polislərdən öyrənib. O, atasının naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirildiyindən şübhələndiyini bildirib. Ə. Mehrəliyevin sözlərinə görə, fəhlə işləyən atası ilə hadisədən 10 gün öncə görüşüb.

Meyit ekspertiza olunmaq üçün Sabunçu Rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb. Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi araşdırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam