Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Daha bir dələduzluq: İsrail vətəndaşına 65 min dollar "atdılar"

Bakıda İsrail vətəndaşına qarşı dələduzluq edilib.

Xeberinfo.com:  Bu barədə APA-ya zərərçəkən İsrail vətəndaşı Ramil Rauf oğlu Bəşirzadə özü məlumat verib.

Dövlətlərarası ticarətlə məşğul olduğunu qeyd edən R. Bəşirzadə Azərbaycandan İsrailə satmaq üçün fındıq aparmaq istəyib. Bu məqsədlə 2015-ci ildə Bakı şəhər sakini Natiq Abbas oğlu Abbasovla ticarət əlaqəsinə girib. Tərəflər arasında əldə olunmuş razılığa əsasən, R. Bəşirzadə N. Abbasova İsraildən bank vasitəsi ilə 65 min ABŞ dolları göndərib, N. Abbasov isə pulun qarşılığında fındıq göndərəcəyinə söz verib. R. Bəşirzadə pulun qalan hissəsini fındıq İsrailə çatdıqdan sonra göndərəcəyini bildirib.

R. Bəşirzadənin sözlərinə görə, N. Abbasov vədinə əməl etməyib: “O, müxtəlif bəhanələrlə malı İsrailə göndərmədi. Mən də hadisə ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinə müraciət etdim. Bakı şəhər Baş Polis İdarəsi şikayəti araşdırmaq üçün aidiyyəti üzrə Nizami rayon Polis İdarəsinə göndərdi. Nizami polisində təhqiqat araşdırması aparıldı və Natiq Abbasov polisin yanında pulu qaytaracağına söz verdi. Buna baxmayaraq, yenə vədinə əməl etmədi. Məsələ ilə bağlı yenidən polisə şikayət etmişəm. Hələlik fakta hüquqi qiymət verilməyib”.

Nizami Rayon Polis İdarəsindən sayta N. Abbasovla bağlı şikayətin daxil olduğunu təsdiqləyiblər. Bildirilib ki, hazırda həmin məsələ ilə bağlı təhqiqat araşdırması aparılır.

Natiq Abbasovun məsələyə münasibətini öyrənmək mümkün olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam