Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Məşhur iş adamı qaçırıldı - FOTOLAR

Məşhur iş adamı Mustafa Tayat qaçırıldı - Foto

 

 

 

Məşhur azərbaycanlı iş adamı Mustafa Tayat İstanbulda keçmiş işçisi tərəfindən aldadılaraq qaçırılıb. 

 
Xeberinfo.com:   Musavat.com-un məlumatına görə, iş adamını oğrlayanlar 10 min dollar pulunu götürüb, "fidyə" aldıqdan sonra onu bir xəstəxananın qarşısına atıblar. Hadisə İstanbulun Sarıyer rayonunda baş verib. İddialara görə, M. Tayata zəng edən Lətifə adlı keçmiş işçisi onunla görüşmək istədiyini bildirib. Qadının verdiyi ünvana gedən M.Tayat naməlum 2 maskalı şəxs tərəfindən oğurlanıb. 
İş adamına işgəncə verən şəxslər bunu şantaj məqsədi ilə videoya da çəkiblər. Maskalılar onun üzərindəki 10 min dolları götürüblər. İş adamını azad etmək üçün isə böyük məbləğdə pul tələb edildiyi bildirilib. Daha sonra bir xəstəxananın qarşısına atılan yaralı iş adamı xəstəxana işçiləri tərəfindən tapılıb və müalicəyə alınıb. 
Xəstəxanadan polisə məlumat verilib. Sağlıq mərkəzinin qarşısındakı təhlükəsizlik kameralarını izləyən polislər 2 şübhəlini həbs edib. 
Qeyd edək ki, Mustafa Tayatin Azərbaycanda şirkəti var. O, bir sıra geyim mağazaları zəncirinin sahibidir. Türkiyə saytları məşhur iş adamının milliyyətcə azərbaycanlı olduğunu qeyd edib.
FOTO: SOZCU
FOTO: SOZCU
mustafa tayat ile ilgili görsel sonucu

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam