Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Gülənin ordudakı imamını tapana 4 milyon pul veriləcək

feto-ordu-imamTürkiyə Daxili İşlər Nazirliyi iyulda hərbi çevrilişə cəhddə ittiham olunan Adil Öksüzün yeri barədə məlumat verənə 4 milyon türk lirəsi həcmində mükafat veriləcəyi barədə elan edib. 

Xeberinfo.com:  Türkiyə mətbuatının məlumatına görə, əvvəl də A.Öksüzün Fətullahçı Təşkilatın (FETÖ) lideri  Fətullah Gülənin Türkiyə Hərbi Hava Qüvvələrində koordinatoru olduğu barədə məlumat verilmişdi.

Xatırladaq ki, A.Öksüz uğursuzluqla nəticələnən hərbi çevriliş cəhdində dərhal sonra “Akıncı” aviabazasında həbs edilib. Lakin ilk istintaq mərhələsindən sonra sərbəst buraxılmışdı.

FETÖ-nün Türkiyə Silahlı Qüvvələrindəki imamı sayılan A. Öksüzün adı Türkiyə Daxili İşlər Nazirliyinin tərəfindən tərtib edilən terrorçular siyahısında “qırmızı kateqoriya”ya daxil edilib.

Bu kateqoriyada həmçinin PKK terror təşkilatının rəhbərliyindəki şəxslər yer alır. Bu kateqoriyaya daxil edilən terrorçuların yeri barədə məlumat verən şəxslər üçün 4 milyon lirə mükafat nəzərdə tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam