Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bakıda məşhur geyim mağazası bağlandı

Dünyanın tanınmış geyim mağazaları brendlərindən biri sayılan “Marks & Spencer” şirkəti Bakıdakı dükanını bağlayıb.

Xeberinfo.com:   Bakının dəbdəbəli “Port Baku” ticarət mərkəzində yerləşən mağaza öz fəaliyyətini 12 gün əvvəl, oktyabrın 27-də dayandırıb. 

Mağazanın sahibi olan şirkətdən onun bağlanması səbbələri açıqlanmır, amma böyük ehtimalla, bu, satışların aşağı düşməsi ilə əlaqədardır. 

Bakı, bu məşhur şəbəkənin fəaliyyətini dayandırdığı yeganə şəhər deyil. 

Son məlumatlara görə, “Marks & Spencer” qarşıdakı 5 il ərzində təkcə Böyük Britaniyada 60 paltar və ev üçün əşya mağazasını bağlayacaq. Bu qərara ilin birinci yarısında gəlirlərinin azalması səbəb olub.

Belə ki, ilk 6 ayda “Marks & Spencer”in verqiqoymadan əvvəlki gəliri 231,3 milyon funt sterlinq ($287,3 mln.) təşkil edib ki, bu da ötən ilin eyni dövründən 18,6% azdır. “Gələcək beş il ərzində biz Böyük Britaniyadakı daşınmaz əmlakımızı transformasiya edib 60 mağazamızı bağlayacayıq”-deyə şirkətin açıqlamasında deyilir.

Əvəzində “Marks & Spencer” “Simply Food” ərzaq dükanı şəbəkəsinin sayını artırmaq istəyir. Şirkət 2019-cu ilədək Böyük Britaniyada 200 yeni ərzaq dükanı açmağı düşünür. Xatırladaq ki, “Marks & Spencer” 1884-cü ildən fəaliyyət göstərir.

 

(Fins.az) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam