Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Sürücünün meyiti maşında qaldı

 

 

                         Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

          İşıq dirəyinə və ağaca dəyən "Mercedes" səkidə dayanmış "ZİL"ə çırpıldı: 1 ölü
       
    "Xeberinfo.com":Bakıda yüksək sürət daha bir ölümlü qəzaya səbəb olub. Məlumata görə, hadisə Sabunçu rayonu ərazisində, Bakıxanov qəsəbəsində baş verib.
 
Xəlilbəy Xasməmmədov küçəsi ilə yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində əvvəlcə işıq dirəyinə, sonra isə ağaca çırpılıb. Zərbənin gücündən ağac kökündən çıxıb. Daha sonra minik avtomobili piyadalar üçün səkidə dayanmış "ZİL" markalı yük maşınına dəyib.
 
Qəza nəticəsində "Mercedes"in sürücüsü, 42 yaşlı Mustafayev Rafael Şahin oğlu dünyasını dəyişib. Sürücünün meyiti deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər. Onlar Rafael Mustafayevin meyitini avtomobildən çıxarıblar.
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam