Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Türkiyədə Rusiyanın səfiri güllələndi -FOTO+VİDEO

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada güllələnib.

Xeberinfo.com:   Onun ağır yaralı olaraq xəstəxanaya yerləşdirlidiyi deyilir.

Hadisə Ankara Çağdaş Sənətlər Mərkəzində baş verib. Səfir Mərkəzdə bir rəsm sərgisinin açılışında iştirak edirmiş.

 

Açılış mərasimindən sonra çıxış etmək üçün kürsüyə qalxan Karlov qəfildən odlu silahla hücuma məruz qalıb. Rusiya səfirliyinin rəsmiləri jurnalistlərə deyiblər ki, hücumu “radikal İslamçı terrorçular” həyata keçirib.

Türkiyənin “Hürriyet” qəzetinin hadisə yerində olan fitimüxbiri deyib ki, silahlı şəxs əvvəlcə havaya atəş açıb. Sonra səfiri kürəyindən güllələyib. Daha sonra salondakı adamları oradan çıxmağa məcbur edib və içəridə qalan səfirə əlavə güllələr vurub. İddialara görə silahlı şəxs salona polis vəsiqəsi göstərərək girib. Əynində kostyum və qalstuk olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam