Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

58 yaşlı ustanın qolu un dəyirmanında üzüldü -Salyanda dəhşətli hadisə

Salyan rayonunun Xələc kəndində yerləşən un dəyirmanını işə salmaq üçün təmir edən usta, 1958-ci ildə anadan olmuş, Salyan şəhəri, 20 Yanvar küçəsi ev 200-də yaşayan Əmrahov Siyasət Nəcəfqulu oğlunun bir qolu ehtiyatsızlıqdan üzülüb.

Xeberinfo.com:   Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, gecə saat 3-4 radələrində dəyirmanı işlək hala gətirmək üçün yağlayan ustanın sol qolu qəfildən işlək mexanizmin oxuna ilişib. Hadisə nəticəsində Siyasət Əmrahovun sol qolunun bir hissəsi sümükdən qoparaq dəzgahda qalıb.

Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan ustaya sol-yuxarı ətrafın saidinin üçdə bir hissəsinin travmatik amputasiyası diaqnozu qoyularaq əməliyyat olunub. Hazırda xəstə reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin bildirdiyinə görə, xəstənin vəziyyəti orta-ağırdır

Faktla bağlı araşdırmalara başlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam