Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Yeniyetmə nənəsini, atasını və bacısını baltaladı -Rusiyada dəhşətli qətl

Rusiyada 17 yaşlı yeniyetmə məişət zəminində mübahisəyə görə nənəsini, atasını və bacısını qətlə yetirməkdə şübhəli sayılır.

Xeberinfo.com:   Bu barədə Rusiya İstintaq Komitəsinin saytında məlumat yerləşdirilib.

Hadisə yanvarın 14-də Tambovsk vilayətinin Sosnovka qəsəbəsində baş verib. Evlərdən birində 67 yaşlı qadın, onun 43 yaşlı oğlu və 14 yaşlı qız nəvəsinin meyitləri tapılıb. Meyitlərin üzərində zorakılıq əlamətləri aşkarlanıb. Qısa müddət sonra 17 yaşlı yeniyetmə saxlanılıb. İstintaqın versiyasına görə, yanvarın 14-də səhər ailədaxili mübahisəyə görə qəzəbli olan yeniyetmə yuxuda olan nənəsinə, atasına və bacısına çoxsaylı balta zərbəsi endirib. Nənə və bacı hadisə yerində, xəstəxanaya çatdırılan ata isə az sonra xəstəxanada ölüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam