Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

ReAL liderləri Baş Prokurorluqda -"İran işi"

ReAL hərəkatının icraçı katibi Natiq Cəfərli ifadə vermək üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb.

Xeberinfo.com:  Bu barədə “feysbuk” səhifəsində N.Cəfərli özü yazıb.

Onun sözlərinə görə, dindirmə 2,5 saat davam edib. Müstəntiqlər ona İran səfirliyinin nümayəndələri ilə hərəkat rəhbərliyi üzvlərinin gizli danışıqları haqda suallar veriblər.

Ondan əvvəl Baş Prokurorluqda ReAL hərəkatı İdarə Heyətinin üzvü Azər Qasımlı da 5 saat sorğu-sual edilmişdi.

Xatırladaq ki, keçən həftə Azərbaycanın Baş prokuroru haqqin.az və virtualaz.org saytlarında dərc edilmiş "İlqar Məmmədovun əsgərləri İrana gedirlər" adlı məqalədə əksini tapmış faktlarla əlaqədar hərtərəfli araşdırma aparılması üçün göstəriş verib.

Onu da qeyd edək ki, jurnalist Eynulla Fətullayevin həmin araşdırmasında İranın Azərbaycandakı diplomatik missiyasının nümayəndəsi ilə ReAL hərəkatı rəhbərlərinin gizli danışıqlarından, həmçinin xarici dövlətin kəşfiyyat xidmətindən maliyyə köməyinin alınmasına dair şübhələrdən bəhs olunurdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam