Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Xəzər Dəniz Gəmiçiliyində korrupsiya

 

 

               Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-də kütləvi ixtisarlara start verilib.

 

      "Xeberinfo.com" axar.az-a istinadən xəbər verir ki, bu barədə QSC-in adının çəkilməsini istəməyən səlahiyyətlisi məlumat verib.

 

      Bildirilir ki, Aydın Bəşirovun Xəzər Gəmiçiliyinə rəhbərlik etdiyi dönəmdə 1000-dən çox işçinin neqativ yollarla işə düzəlməsi faktı ilə bağlı araşdırma aparılır. Mənbə qeyd edir ki, bu işə götürmə kompaniyası A.Bəşirovun televiziya vasitəsi ilə “bizim işçilərimizin ən az maaşı 2.000 manat olacaq” deməsindən sonra başlayıb. Prosesi Kardlar İdarəsinin rəisi Rövşən İmamverdiyev və rəis müavini, A.Bəşirovun yaxın qohumu Firudun Ömərovun həyata keçirdiyi iddia edilir. İşə götürülənlərin sənədlərinin rəsmən qeydiyyata alınmadığı, sadəcə, Dəniz Administrasiyasına müraciət əsasında həmin adamların saxta yollarla işə düzəldiyi vurğulanır.

 

     Hazırda aparılan yoxlamalarla üzə çıxan bu faktlar üzrə kütləvi işdənçıxarma aparılır.

 

    Pulları alınaraq, “müvəqqəti statusla” işə götürülən şəxslərin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edəcəyi də verilən məlumat sırasındadır.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam