Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

İşçilər etiraza qalxdı -9 aydır əmək haqlarını ala bilmirlər

Sumqayıt şəhərində yerləşən Günəş panelləri zavodunun işçiləri etiraz aksiyası keçirir.

Xeberinfo.com:  Buna səbəb işçilərin iyun ayından bəri əmək haqlarını ala bilməmələridir.

Fins.az xəbər verir ki, işçilər etirazçılar davamlı olaraq sabah da zavodun rəhbəri Akim Bədəlovun Badamdar qəsəbəsində yerləşən şəxsi evinin qarşısında aksiya keçirəcəklərini bəyan ediblər.

Etirazçılardan mühafizəçi Vüsal İsayev zavod rəhbərliyinin ona 2 260 manat borcu olduğunu bildirir. Onun sözlərinə görə hazırda zavodun qarşısına 15-20 nəfər toplaşıb. Etirazçılar əmək haqqlarını tələb edirlər.

V. İsayevin sözlərinə görə zavod “Az-Alternativ enerji”yə məxsus olub. Adı çəkilən qurumun rəhbəri isə Akim Bədəlovdur.

V. İsayev hazırda zavodun Energetika Nazirliyinin nəzninə verildiyini bildirdi. Həmçinin etirazçılar hazırda sənədlə zavodun rəhbərinin Musayev Səbuhi Səməd oğlu olduğunu bildirdilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam