Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Aclıq həyəcanı:Cənubi Sudanda

Dünyada altı ildən bəri ilk dəfə Cənubi Sudanın bəzi bölgələrində aclıq fəlakəti yaşandığı elan edilib.

Xeberinfo.com:  Hökumət və Birləşmiş Millətlər Təşkilatı 100 min adamın aclıqla üz-üzə qaldığını, bir milyon adamın da aclığın astanasında dayandığını bildirib.

Yaranmış bu böhran vəziyyətinin səbəbi ölkədə davam edən vətəndaş müharibəsi və iqtisadi çöküş hesab olunur.
Yəmən, Somali və şimal-qərbi Nigeriyada da aclıq xəbərdarlıqları var. Ancaq cənubi Sudan rəsmi olaraq aclıq fəlakətinin yaşandığı elan edilən ilk ölkədir.

BMT Dünya Qida Proqramı (DQP) keçən həftə qarşıdakı altı ayda yaşana biləcək qıtlıqda 20 milyondan çox adamın aclıqla üz-üzə qala biləcəyi xəbərdarlığını etmişdi.

DQP-nin baş iqtisadçısı Arif Hüseyn son illər ilk dəfə döyüşlər və qıtlıq səbəbindən dünyanın dörd fərqli yerində eyni anda yaşanan aclıqdan bəhs edildiyini bildirib.

Hüseyn həmçinin beynəlxalq humanitar yardımın rekord səviyyəyə çatan ehtiyac qarşılığında hər kəsin tələbatını ödəyəcək səviyyədə olmadığını vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam