Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

55 yaşlı Şəki sakini intihar etdi -Banka borcu varmış

Şəkidə 55 yaşlı kişi sirkə turşusu içərək intihar edib.

Yenixeber.org:  Şəki Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, martın 29-u günorta saatlarında Şəki şəhəri, Bünyad Sərdarov küçəsi, 12 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Məmməd Fərid oğlu Nemətzadə kəskin zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı iki övlad atası olan 55 yaşlı Məmməd Nemətzadənin intihar etmək məqsədi ilə sirkə turşusu qəbul etdiyi məlum olub. Həkimlərin səyinə baxmayaraq Məmməd Nemətzadənin həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, ilkin araşdırma zamanı məlum olub ki, Məmməd Nemətzadənin Şəki şəhərində fəaliyyət göstərən banklardan birinə borcu olub. Məmməd Nemətzadənin intihar etməsinin dəqiq səbəbini aparılacaq araşdırmalardan sonra söyləmək mümkün olacaq. Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam