Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İmtahandan kəsilən müəllim özünü asdı

 

İntiqam Nəcəfovun bu yaxınlarda toyu olacaqmış... 

 

Salyan rayonunun Kürsəngi kəndində intihar hadisəsi baş verib.

"Xeberinfo.com" Virtualaz.org-a istinadən xəbər verir ki, müəllimlər arasında keçirilən müsabiqədə zəif nəticə göstərən 1990-cı il təvəllüdlü Nəcəfov İntiqam Səyyar oğlu intihar edib. Sabirabadda müəllim işləyən İntiqam Nəcəfov Təhsil Nazirliyi tərəfindən müəllimlərin yerdəyişməsi üçün keçirilən müsabiqədə iştirak edib.

İ.Nəcəfov müsabiqədən yaxşı nəticə toplayaraq öz kəndlərinə təyinat almaq istəyib. Lakin topladığı nəticə onun bu istəyini reallaşdırmasına yetməyib. Gənc müəllim nişanlısına zəng edərək hallallıq istəyib və telefonu söndürüb.

Nişanlısı İ.Nəcəfova təkrar zəng etsə də, zənglərinə cavab ala bilməyib. İ.Nəcəfovun ailəsinə xəbər verildikdə isə artıq gec olub. Ailəsi gənc müəllimin tövlədə asılmış meyitini tapıb. İ.Nəcəfovun yaxınlarda toyu olacaqmış. Salyan Rayon Polis Şöbəsindən  faktı təsdiqləyiblər.

Xatırladaq ki, iyunun 18-i və 20-də ibtidai sinif müəllimləri arasında müsabiqə keçirilib. Müsabiqədə ingilis dili və informatika, biologiya, coğrafiya və kimya müəllimləri iştirak ediblər. Müsabiqədə ümumi təhsil müəssisələri və peşə liseylərində işləyən müəllimlər bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişmə üçün yaxşı nəticə toplamalı idilər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam