Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

NİDA-çıların məhkəməsində mübahisə

 

 

   "Xeberinfo.com": İyulun 18-də Bakı Apelyasiya Məhkəməsində qalmaqal yaşanıb. NİDA-çıların məhkəmə prosesində vəkil Xalid Bağırov hüquqlarını müdafiə etdiyi Zaur Qurbanlıya məktub verərkən mühafizəçilər məsələyə müdaxilə ediblər. Mühafizəçilərdən biri onun əlindən vuraraq məktubu yerə atıb. Bu zaman Zaur Qurbanlı etiraz edib. Mübahisə çərçivəsində baş leytenant rütbəli, Samir adlı konvoy əməkdaşı gözyaşardıcı qaz balonundan istifadə etmək istəsə də, digər konvoylar ona mane olublar.

İlkin baxış iclasının qərarından Ali Məhkəməyə şikayət verildiyi üçün proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hölmə əsasən Şahin Novruzlu 6 il, Məhəmməd Əzizov 7 il 6 ay, Bəxtiyar Quliyev 7 il, Rəşadət Axundov 8 il, Rəşad Həsənov 7 il 6 ay, Zaur Qurbanlı 8 il, İlkin Rüstəmzadə 8 il, Üzeyir Məmmədli 7 il müddətinə azadlıqdan məhrum edilib. Gənclər 2013-cü il martın 10-da Bakının mərkəzində gənclərin əsgər ölümlərinə qarşı etiraz aksiyasından əvvəl və sonra həbs ediliblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam