Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Azərbaycanda 5 yaşlı qızın ürəyinə iynə batdı– FOTO

Azərbaycanda 5 yaşlı qızın ürəyinə iynə batdı

 

Bakıda 5 yaşlı qızın ürəyinə iynə batıb

 

Yenixeber.org: Hadisə uşaq öz dostları ilə oynayarkən baş verib. Belə ki, uşaqlardan birinin əlindəki şprits qızın ürək nahiyəsinə batıb. Şpritsin plastmas tərəfi qırılıb və iynə körpənin daxilinə doğru nüfuz etməyə başlayıb. 

Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilən uşağı cərrah Gündüz Ağayev müayinə edib. 5 yaşlı qızın ürəyində sağ mədəciyin divarında ürəklə birgə pulsasiya edən iynə aşkar olunub və ürəyin yad cismi diaqnozu qoyulub.

G. Ağayevin sözlərinə görə, əməliyyatdan öncə müəyyən edilib ki, iynə ürəyi 2 mm zədələyib və artıq qanama başlayıb. 

Əməliyyat zamanı iynə ucundan sıxılaraq, miokarddan çıxarılıb. Ürəyə və yaraya tikişlər qoyulub. Xəstə 5 gün sonra evə yazılıb. 

Həkimin dediyinə görə, xəstə 1 saat da əməliyyata gec alınsaydı, həyatını itirə bilərdi. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam