Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

ETSN:Qaxda yanan meşə ərazisi deyil, otlaq sahəsidir (YENİLƏNİB)

 

Yenixeber.org: : Ötən gün Qax rayonunun yüksək dağlıq ərazisində başlayan və hələ də davam edən yanğın otlaq sahəsini əhatə edir və meşə zonasına aid deyil.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, yanan ərazi meşə zonasından uzaq məsafədədir: "Yanan ərazi meşə zonasından uzaq məsafədə olsa da, hər ehtimala qarşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə İdarəsinin əməkdaşları həmin ərazidədirlər. Əməkdaşlarımız tərəfindən yanğının meşə ərazisinə keçməməsi üçün qabaqlayıcı tədbirlər görülür".

Qeyd edək ki, Qaxda ötən gün dağlıq ərazidə yanğın başlayıb. Yanğın yüksək dağlıq ərazidə olduğu üçün söndürülməsində çətinliklər yaranıb.(trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam