Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Kürdəmir və Yevlaxda ağır qəza:1 ölü, 5 yaralı – VİDEO

Kürdəmir və Yevlaxda ağır qəza:

 

Ağsu -Kürdəmir-İmişli yolunun Kürdəmirin Qaraqocalı kəndindən keçən hissəsində minik avtomobilinin yük maşını ilə toqquşması 1 nəfərin ölümü ilə nəticələnib

 

Yenixeber.org: Cəlilabad sakini, 39 yaşlı Əhliman Soltanovun idarə etdiyi qoşqulu yük maşını Kürdəmir sakini, 51 yaşlı İlqar Şərəfxanovun idarə etdiyi minik avtomobili ilə toqquşub.

Minik avtomobilinin sürücüsü İlqar Şərəfxanov hadisə yerində dünyasını dəyişib.

Kürdəmir sakini, 40 yaşlı Zaur Məcidov isə idarə etdiyi nəqliyyat vasitəsini qəzadan yayındırmaq istəyib və avtomobil yoldan çıxararaq su arxına düşüb.

Yevlaxda isə zəncirvari qəzada 5 nəfər xəsarət alıb. Hadisə ötən gecə Yevlax-Bərdə yolunda baş verib. Sürücü sükana nəzarəti itirib və maşını əvvəlcə motosikletə, sonra isə başqa bir minik avtomobilinə çırpıb. Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax xəstəxanasına yerləşdiriliblər.

Hər iki faktla bağlı araşdırma aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam