Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qobustanda keçmiş məhkumdan külli miqdarda narkotik götürüldü– FOTO

Qobustanda keçmiş məhkumdan külli miqdarda narkotik götürüldü

 

Bakıda keçmiş məhkumdan 13 kiloqram narkotik götürülüb

Yenixeber.org: Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azər Quliyev saxlanılıb.

Polis İdarəsində üzərinə baxış zamanı ondan 7,29 qram narkotik maddə hesab edilən marixuana aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq A.Quliyevin yaşadığı evə baxış keçirilib. Bu zaman oradan külli miqdarda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisinin 13 kiloqram 50 qram qurudulmuş marixuana olması barədə rəy verilib. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, A.Quliyev narkotik tərkibli çətənə kollarını bir müddət əvvəl həyətində əkərək onlara xüsusi üsulla qulluq edib. Daha sonra isə o, həmin marixuananı satmaq və şəxsi istifadəsi üçün qurudaraq özündə saxlayıb.

Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir. 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam