Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Bakıda oğurlanan avtomobil Şirvanda tapılıb

 

 

Bakıda oğurlanan avtomobil Şirvan şəhərində tapılıb

 

Yenixeber.org: Bu barədə Aran bürosuna DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Belə ki, bu gün səhər saat 08:42 radələrində şəhər sakini Elməddin Ağalarov Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə zəng edərək “VAZ-2106” markalı avtomobilinin qaçırıldığı barədə müraciət edib. Müraciət aidiyyatı üzrə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə göndərilib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin Şirvan şəhəri ərazisində olduğu müəyyən edilib. Şirvan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin avtomobil saat 08:56 radələrində-vətəndaşın müraciətindən cəmi 14 dəqiqə sonra şəhərin H.Əliyev prospektində sürücü ilə birlikdə saxlanılaraq Şöbəyə gətirilib.

Ətrafında aparılan araşdırmalar nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin Bakı şəhəri Xətai rayon sakini 31 yaşlı Samir Məhərrəmov olduğu müəyyən edilib.

Faktla bağlı Şirvan ŞPŞ-də ilkin araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam