Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Cəlilabad bələdiyyə sədri barəsində cinayət işi başlanıb

 

     Azərbaycanda vəzifəli şəxs barəsində cinayət işi başlanıb.
      "Xeberinfo.com": Baş Prokurorluğun mətbuat xidmətindən əldə etdiyimiz  məlumata görə, Cəlilabad bələdiyyəsinin sədrinin qanunsuz hərəkətləri barədə rayon sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
 
      Araşdırmalar zamanı bələdiyyə sədri Kamal Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Cəlilabad şəhərində rayon sakininə məxsus torpaq sahəsinə bitişik və faktiki olaraq istifadəsində olan 0,04 hektar ölçüdə torpaq sahəsinin sonuncuya satılması üçün 20 000 manat tələb etməsində və faktiki olaraq 5 000 manat məbləğində pulu rüşvət kimi almasında şübhələr üçün əsaslar olduğundan K. Məmmədov barədə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.
 

 

   Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam