Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Polis İdarəsində qətl hadisəsi

 

Qaynata yeznəsini Polis Şöbəsinin içində bıçaqlayaraq öldürüb

"Xeberinfo.com": Saatlı rayonunda qətl hadisəsi qeydə alınıb. JAM.AZ-a daxil olan məlumata görə, bu dəfə qətl olayı kənarda deyil, elə rayon Polis Şöbəsinin binasında baş verib. 

Belə ki, Saatlı sakinləri olan qaynata və kürəkən mütəmadi olaraq bir-birləriylə mübahisə edirmişlər. 

Qızının incitdiyinə görə, yeznəsi ilə savaşan qaynata, həm də oğlanın dayısıdır. 

Bu mübahisələrdən biri davaya çevrilir və hər iki şəxs polis şöbəsinə gətirlir. 

İçəridə onlar arasında baş qaldırmış mübahisə dayının (qaynatanın) bacıoğluya (kürəkən) bıçaq çəkməsinə və ona 3 zərbə endirməsi ilə yekunlaşır. 

Məlumata görə, bıçaqlanan şəxs hadisə yerindəcə keçinib. 

Hadisənin Saatlı rayon Polis Şöbəsində baş verməsi isə maksimal şəkildə qapalı saxlanılır. 

Hətta bununla bağlı demək olar ki, məlumat verilmir. 

Yazıda adları qeyd olunan  qurumların da mövqeyini dərc etməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam