Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Kolleclə bağlı cinayət işi açılıb

 

   Hadisə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb

 

    69 nəfər qanunsuz yolla kollecə qəbul olunub
"Xeberinfo.com": Lənkəran Dövlət Humanitar Kollecinə qanunsuz tələbə qəbulunun aparılması faktı aşkar edilib. 
Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Lənkəran Dövlət Humanitar Kollecinə qanunsuz tələbə qəbulu ilə əlaqədar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
“Tələbə-Məzun” dövlət elektron sisteminin monitorinqi zamanı 2012-2013 və 2013-2014-cü tədris illəri üzrə keçirilmiş qəbul imtahanlarında iştirak etmiş, lakin keçid balı toplaya bilməyən 69 abituriyentin TQDK-nın bəzi əmrlərinin saxtalaşdırılaraq kollecə qəbul edilməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam