Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Silsilə oğurluq edən şəxs 2 kq heroinlə tutuldu -Fotolar

 

Silsilə oğurluq edən şəxs 2 kq heroinlə tutuldu - Fotolar
Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Balaxanlı qəsəbə sakini Seymur Zeynalov saxlanılıb.
Yenixeber.org: Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman 16,415 qram narkotik vasitə olan heroin aşkar edilib.



Axtarış tədbirlərinin davamı olaraq S.Zeynalovun əlindəki çantadan 2200 Avro, 246 manat, habelə 30 ədəd qapı açarı və 7 ədəd müxtəlif növ medal müəyyən olunaraq götürülüb. Saxlanılan şəxsin yaşadığı evə baxış keçirilən zaman isə əlavə olaraq gizlətdiyi 2 kiloqram 250 qram heroin də aşkar olunub.



S. Zeynalov ifadəsində Sabunçu, eləcə də digər rayonların ərazilərində silsilə mənzil oğurluqları törətdiyini və üzərindən aşkar olunan pul və qiymətli əşyaları həmin cinayətlər nəticəsində ələ keçirdiyini bildirib.



Faktlarla bağlı 12-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam