Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Lənkəranda 19 yaşlı gəncin boğazı kəsilib

 

 

 Lənkəranda 19 yaşlı gəncin boğazı kəsilib

 

Yenixeber.org: Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 19 yaşlı gəncin boğaz nahiyəsindən kəsilərək xəsarət alması barədə məlumar verilib.

Lənkəran şəhər Zərifə Əliyeva küçəsi 78/10 mənzil 1 ünvanına gələn həkimlər Yaqubzadə Əli İlham oğluna ilkin tibbi yardım göstərdikdən sonra qanaxmanı dayandırmaq mümkün olub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onun üzərində əməliyyat aparılır.

Hadisənin ehtiyatsızlıq üzündən baş verdiyi söylənilsə də, əldə etdiyimiz məlumata görə, hadisə ata-oğul arasında yaranan münaqişə səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam