Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Quba rayonuna qar yağıb

 

 

Xınalıq kəndində yerə düşən qarın hündürlüyü 12 sm-ə çatıb

Yenixeber.org: Qubada gündüz saatlarından etibarən əsməyə başlayan güclü külək günün ikinci yarısından dağlarda və rayonun özündə qar ilə müşayiət olunmağa başlayıb.

"Report"un Şimal bürosunun məlumatına görə, hazırda Xınalıq kəndində yerə düşən qarın hündürlüyü 12 sm-ə çatıb.

Yağan qar Quba-Xınalıq yolunda çətinlik yaratmayıb. Yol hələlik açıq olsa da, səhər saatlarında təhlükəli olacağından ehtiyat edilir. Sulu qarın yollarda qar uçqunları əmələ gətirə biləcəyi bildirilir.

Rayonun Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov "Report"a açıqlamasında sürücülərə xitabən bildirib ki, martın 31-də Qubadan Xınalıq istiqamətinə və əks tərəfə gedib-gələrkən diqqətli olmaq lazımdır.

"Bu yolda qəza riski qaçılmazdır. Xınalıq yolunda hər an qar uçqunları ola bilər", - deyə o əlavə edib.

Quba-Qonaqkənd istiqamətinə gedən yollara da qarın yağması çətinliklər yaratmayıb. Rayonun ucqar Xaltan və Buduq kəndlərinə də güclü qar yağır, burda nəqliyyatın və elektrik enerjisinin verilişində problemlər yaşanmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam