Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Beyləqanda rəisi niyə həbs etdilər?

 

 

Beyləqan rayon Polis İdarəsinin Pasport Qeydiyyat Şöbəsinin rəisi İlham Pənahovun saxlanılması ilə bağlı yeni təfərrüatları üzə çıxıb. 

"Xeberinfo.com": Əldə etdiyimiz məlumata görə, İ.Pənahovun və onun iş yoldaşı Eldarın həbs edilməsini Milli Təhlükəsizlik Nazirliyi həyata keçirib. 

“Hadisə təxminən 7 gün öncə baş verib. Tutulan şəxslər iki il öncə Gürcüstan vətəndaşına saxta pasport verdiklərinə görə ittiham edilir. Hazırda onların harada olması haqda heç kəsdə bilgi yoxdur”, - deyə mənbə bildirib. 

Başqa bir xəbərə görə isə İ. Pənahov bir neçə şəxsin şikayəti əsasında saxlanılıb. Bildirilir ki, həmin şikayətlər araşdırılarkən onun fəaliyyətində başqa qanunazidd əməllər də aşkarlanıb. Gürcüstan vətəndaşlarına saxta şəxsiyyət vəsiqələrinin verilməsi də bu zaman müəyyən olunub. 

Qeyd edək ki, bu həbslər barədə məlumatı AzNews.az iki gün öncə yaymışdı. Məsələylə bağlı nə Baş Prokurorluq və nə Daxili İşlər Nazirliyi, nə də digər rəsmi qurumlar hansısa məlumat yaymayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam