Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Azərbaycanlı avtoxuliqan həbs edildi

 

   22 yaşlı Gəncə sakini saxlanılarkən Yol Patrul Xidmətinin əməkdaşının qolunu sındırıb

   "Xeberinfo.com": Rusiya paytaxtında avtoxuliqanlıqla məşğul olan Azərbaycan vətəndaşı Yol Patrul Xidmətinin əməkdaşının qolunu sındırıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, hadisə sentyabrın 25-də baş verib.

Azərbaycan vətəndaşı, 1992-ci il təvəllüdlü Gəncə şəhər sakini Q.D.Hüseynovun idarə etdiyi avtomobili dövlət nömrə nişanı olmadığına görə YPX əməkdaşları saxlamaq əmri veriblər. Lakin Hüseynov YPX əməkdaşlarının əmrinə tabe olmayıb. Bu zaman YPX əməkdaşları Hüseynovun idarə etdiyi avtomobili qovmağa başlayıblar. Nəticədə Hüseynov avtomobili paytaxtın dalanlarının birində park edilmiş vəziyyətdə olan avtomobilə çırpıb. Bundan sonra YPX əməkdaşları onun maşınını dövriyyəyə alıblar. Polislər Hüseynovu avtomobildən çıxararaq əlinə qandal vurmaq istəyən zaman Azərbaycan vətəndaşı müqavimət göstərib və YPX əməkdaşlarından birinin qolu sınıb. Polis onu dərhal həbs edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam