Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

DİN:Ötən iki gündə axtarışda olan 26 nəfər tutulub

Yenixeber.org: Daxili işlər orqanlarında son iki gündə qeydə alınan cinayət faktları və hadisələr haqqında statistika açıqlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 28-dən 30-dək 155 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətinaçılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. 

Ölkənin avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam