Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Qəbiristanlıqda inanılmaz cinayət

 

5a211f9dd4c18ee5cbe4789c525fb104

 

Oğurlanan büstün qiyməti 10 min manatdan çoxdur

    "Xeberinfo.com": Bakıdakı qəbiristanlıqlardan birində tuncdan hazırlanmış büst oğurlanıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, N.Şükürov 2 ünvanında yerləşən Keşlə qəbiristanlığında qeydə alınıb.

Paytaxt sakini, 1966-cı il təvəllüdlü Ataxan Hüseynov (adlar və soyadlar şərtidir) Xətai rayon Polis İdarəsi, 37-ci Polis Bölməsinə müraciət edərək vəfat etmiş həyat yoldaşı üçün düzəltdirdiyi tunc büstün oğurlandığını bildirib.

A.Hüseynov qeyd edib ki, həyat yoldaşı 2012-ci ildə dünyasını dəyişib və onun qəbri üzərində büst qoydurub. Bu günlərdə qəbiristanlığa gedərkən büstün oğurlandığını görüb. Tuncdan hazırlanan büstün ümumi dəyəri 10 min manatdan artıqdır.

Faktla bağlı araşdırmalar aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam