Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Neftçalada qaz xəttini kəsərək oğurlamaqda şübhəli bilinənlər saxlanılıb

 

 Daxili İşlər Nazirliyinin (DİN) “102-Zəng Mərkəzi” Xidmətinə Neftçala rayonu ərazisində qaz xəttinin bir hissəsinin kəsilərək oğurlanması barədə müraciət daxil olub

Yenixeber.org: DİN-in Mətbuat xidmətindən  verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılan araşdırmalarla Tatarməhlə kəndi ərazisindəki qaz xəttinin 432 metrlik hissəsinin kəsilərək oğurlandığı məlum olub.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Neftçala rayon sakinləri olan Tərlan Nağıyevin və Talıb Panəliyevin borunu kəsərək ayrı-ayrı sexlərə satdıqları müəyyən edilib.
Kəsilmiş xəttin hissələri polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam