Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Başı kəsilmiş zınqırovlu ilan adamı “qatil”ini dişlədi…

 

ABŞ-ın Texsas ştatında qəribə hadisə yaşanıb. Bir nəfər həyətində gördüyü zınqırovlu ilanın başını kəsib. Onun öldüyünü düşünərək baş hissəsini götürüb atmaq istəyəndə ilan onu çalıb


Yenixeber.org:  Baş vermiş hadisəni ilanın hücumuna məruz qalan şəxsin həyat yoldaşı Cenifer Satklif danışıb: “Həyat yoldaşım həyətdəki 1,25 metrlik zınqırovlu ilanın başını kəsib. Sonra onu atmaq istəyərkən ilan onu qəfildən çalıb”.
Yaralanmış şəxs 26 doza zərdab qəbulundan sonra həyata qayıdıb. Həkimlər indi onun vəziyyətinin hazırda yaxşı olduğunu, lakin böyrəklərinin fəaliyyətində zəiflik müşahidə edildiyini bildirib.
Onu da qeyd edək ki, zınqırovlu ilan ən zəhərli ilanlar siyahısında liderlərdir. Quyruğunun sonundakı zınqırovla tanınan bu ilan 2-3 metr məsafəyə tullanmaq qabiliyyətinə malikdir.  Onun zəhəri çalınan orqanı büsbütün sıradan çıxarmaq, yaxud ölümə səbəb olmağa kifayət edir.  Nəfəsalmada çətinlik, iflic və qanaxma zınqırovlu ilan hücumunun əsas simptomlarıdır.  Bu ilanlar bala mərhələsində daha təhlükəli olur, çünki onlar vurduqları zəhərin həcminə nəzarət edə bilmirlər.
Ölmüş ilanların dişləmə refleksi ölümündən bir neçə dəqiqə sonra da davam edir

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam