Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Neft buruğunda hadisə

 

xezer_neft

Noyabrın 6-da saat 16.00 radələrində “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin ərazisində yerləşən 310 və 312 saylı meydançalar arasındakı təqribən 60 metrlik estakadada uçqun baş verib.

"Xeberinfo.com": Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticədə estakadanın üzərindən keçən 250 mm diametlik neft xətti qırılıb. Qəzanın daha böyük miqyas almaması məqsədi ilə NQÇİ-nin ərazidə olan 5 nəfər işçisi 307 saylı meydançaya gedərək oradakı qazpaylayıcı batareyanın siyirtmələrini bağlayıb, beləliklə, yanğının və neftin dənizə axma təhlükəsinin qarşısı alınıb.

Lakin geri dönərkən onların üzərində olduqları qəzalı meydança da uçub və onlar dənizə düşüblər. Operativ xilasetmə tədbirləri nəticəsində 4 nəfər dənizdən çıxarılıb. Onlardan 1 nəfəri ölüb. Dənizə düşməsi ehtimal edilən 1 nəfərin axtarış işləri davam etdirilir. Qaradağ-10, PS-158, PSK-51, Ağdərə-4, PSK-31, Orion-4, Şirvan-2, Zərdab-3 gəmiləri axtarış işlərinə cəlb olunub.

“Axtarış işlərinin nəticələri haqqında əlavə məlumat veriləcək. Hadisənin araşdırılması məqsədi ilə xüsusi komissiya yaradılıb”-deyə ARDNŞ-dən bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam