Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Qayıqla Xəzərə çıxan iki nəfər itkin düşüb

 

Qayıqla Xəzərə çıxan iki nəfər itkin düşüb
31.07.2018-ci il tarixində axşam saatlarında Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidmətindən Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Dənizkənarı Milli Park yaxınlığında içərisində 2 nəfərin olduğu qayıq küləyin təsirindən qeyri-müəyyən istiqamətdə dənizə səmt alıb.
Yenixeber.org: FHN-dən verilən xəbərə görə, məlumat alınan kimi Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 1 ədəd gəmisi axtarışlara cəlb olunub, yaxınlıqda üzən gəmilərə məlumat verilib. Bu gün səhər saatlarından başlayaraq axtarışlar davam etdirilir.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu, Aviasiya dəstəsinin “Mi-17” helikopteri, Dövlət Sərhəd Xidmətinin 2 ədəd helikopteri və 2 ədəd gəmisi axtarışlarda iştirak edir. Əlavə məlumat veriləcək​.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam