Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Hindistanda fəlakət: 45 tələbə itkin düşüb

 

Hindistanda fəlakət: 45 tələbə itkin düşüb
Hindistanın şimalında 3 gündür yağan leysan yağışları nəticəsində 45 nəfər itkin düşüb, yüzlərlə insan köməksiz qalıb.
 Yenixeber.org: Bu barədə “ANI” agentliyi məlumat yayıb. 

Qeyd olunub ki, 45 nəfər Himaçal-Paradeş ştatının Lahul və Spiti rayonlarında itkin düşüb. Onların hamısı Rurki şəhərindəki texnologiya İnstitutunun tələbələridir. Bildirilib ki, tələbələr ştatın dağlıq ərazisinə piyada səyahətə çıxıblar. Lakin dağ zonasına yağışdan sonra yağan güclü qar tələbələrlə əlaqənin itməsinə səbəb olub. 

“Times of India” isə yazır ki, leysan və onun səbəb olduğu torpaq sürüşmələri nəticəsində 11 nəfər həyatının itirib. Pəncab, Kerala, Cammu və Himaçal-Paradeş ştatlarında fövqəladə vəziyyət elan olunub, məktəblərin fəaliyyəti dayandırılıb. 

Qeyd edək ki, Hindistanda musson yağışları mövsümü iyundan sentyabrın ortalarınadək davam edir. Rəsmi statistikaya əsasən, cari il ərzində leysanlarda həyatını itirən insanların sayı artıq min nəfəri ötüb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam