Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Rauf Mirqədirovun həbs müddəti uzadıldı

 

rauf_mirq_edirov_11

Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

     "Xeberinfo.com": Bu barədə APA-ya R. Mirqədirovun vəkili Fuad Ağayev məlumat verib. Vəkil bildirib ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 5 ay uzadılmasına qərar verilib: “Rauf Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti noyabrın 19-da başa çatıb. Mən və digər vəkil Elmar Süleymanov noyabrın 20-də Rauf Mirqədirovla görüşmək istəsək də, mümkün olmayıb. Noyabrın 20-də Nəsimi Rayon Məhkəməsində bizim iştirakımız olmadan barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıblar”.

    Vəkil bununla bağlı apellyasiya şikayəti verəcəklərini deyib.

     R. Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam