Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Tərtərdə erməni VƏHŞƏTİ: gəncin ayağı qopdu, vəziyyəti ağırdır

Tərtərdə erməni VƏHŞƏTİ: gəncin ayağı qopdu, vəziyyəti ağırdır

Bu gün Tərtər rayonunda mülki şəxs minaya düşüb.

Yenixeber.org:  Həsənqaya kənd sakini, 1996-cı il təvəllüdlü Həsənov Azad Kamandar oğlu mal-qara otarakən minaya düşüb. Onun sol ayağı qopub.

Yaralı ağır vəziyyətdə Bərdə rayon xəstəxanasına çatdırılıb və əməliyyat otağına keçirilib. Onun vəziyyətinin kritik olduğu bildirilir.

Xəstəxanadan verilən məlumata görə, 22 yaşlı Azad Həsənov sağ budun cırılmış xəsarətləri, xaya nahiyəsinin amputasiyası və sair ağır xəsarətlərlə şok vəziyytdə gətirilib. O, çoxlu qan itirib və vəziyyəti kritikdir.

Qeyd edək ki, 2016-cı ildə - aprel döyüşləri zamanı ermənilər Həsənqaya kəndini atəşə tutarkən Azadın bacısı Həsənova Turanə Kamandar qızı həlak olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam