Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Qadın narkokuryerlərin sayı artmaqdadır

 

Son zamanlar narkotik vasitələri ölkəyə gətirmək istəyən narkokuryerlər arasında qadınlara tez-tez rast gəlinir.
"Xeberinfo.com": Dövlət Gömrük Komitəsindən (DGK) "Trend"-ə verilən məlumata görə, bu günlərdə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikasının vətəndaşı Əhmədova Fəridə Firuddin qızı saxlanılaraq onun üzərində müvafiq qanunvericiliyə uyğun şəxsi yoxlama aparılıb.
Bu zaman onun üzərindən, bədəninin bel hissəsinə və ayaqlarına yapışqanlı lentlə bağlanmış, gömrük nəzarətindən gizlədilmiş 4 ədəd bağlamadan xalis çəkisi 1 kiloqram 760 qram narkotik vasitə-marixuana aşkar edilərək götürülüb. Faktla bağlı DGK-nın İstintaq İdarəsində təhqiqat aparılır.
Ümumiyyətlə, cari ilin müvafiq dövrü ərzində gömrükçülər tərəfindən 24 qadın müxtəlif növ narkotik vasitələri ölkə sərhəddindən keçirməyə cəhd göstərərkən saxlanılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam