Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Hərbçimiz Rusiyada öldürüldü

 

Rusiyada azərbaycanlı öldürülüb.
"Xeberinfo.com": Məlumata görə, həmyerlimiz 27 noyabrda Pskovda hərbi xidmət zamanı qətlə yetirilib.
Adı açıqlanmayan azərbaycanlı 76-cı Pskov desant-hücum diviziyasının 104-cü polkunun desantı olub. O, Nijeqorodski vilayətindən hərbi xidmətə çağırılıb. 
Bu barədə Pskov informasiya agentliyi diviziyada baş verən hadisənin şahidlərinə istinadən məlumat yayıb. Bir neçə mənbənin verdiyi məlumata görə, hərbi qulluqçulardan biri münaqişənin gedişatında bıçaqla öz hərbçi yoldaşlarından birinə ölümcül xəsarət yetirib, daha iki yoldaşını isə yaralayıb. Bundan sonra isə heç nə baş verməmiş kimi yatağına uzanaraq yatıb.
Təsdiq olunmamış məlumatlarda münaqişənin milli zəmində baş verdiyinin ehtimal edildiyi bildirilir. 
Hadisədən 5 gün keçməsinə baxmayaraq Rusiya Müdafiə Nazirliyi hələ də bu barədə şərh verməyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam