Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Aptek müdirini vurdular

 

Gədəbəydə aptek müdirini vurublar. 

"Xeberinfo.com":  Məlumata görə, Gədəbəydə üzü maskalı şəxs aptek müdirinin başına çəkiclə vuraraq onu qarət edib. Hadisə rayonun mərkəzində baş verib. Rayon sakini 65 yaşlı Əfraim Hacıyev axşam işlədiyi apteki bağlayıb evə gedərkən üzü maskalı bir nəfər arxadan ona yaxınlaşaraq başına çəkiclə 3-4 zərbə vuraraq yerə yıxıb. Daha sonra o Əfraim Hacıyevi bıçaqla hədələyib və üstündəki bütün pulları götürərək hadisə yerindən qaçıb.

Başından yaralanan Əfraim Hacıyev isə evə gəlib və yaxınları hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə və rayon polis idarəsinə məlumat verib. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının travmatalogiya şöbəsinə gətirilib və başı rentgen olunub. Həkimlər Əfraim Hacıyevin vəziyyətinin yaxşı olduğu bildirirlər.

Hadisəni törədənin kimliyi araşdılır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam