Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bakıda insanlıq dramı – Bir ayağını itirmiş 42 yaşlı qadına FHN kömək etdi

Bakıda insanlıq dramı – Bir ayağını itirmiş 42 yaşlı qadına FHN kömək etdi

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Yenixeber.org: Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Bildirilir ki, mənzildə tək olan 1977-ci il təvəllüdlü Şəfəq Mənsimova (ad şərtidir) şəkərli diabet xəstəliyindən əziyyət çəkir və bir müddət əvvəl əməliyyat yolu ilə onun bir ayağı kəsilib. Bu gün səhər saatlarında yaşadığı mənzilin qapısı içəri tərəfdən avtomatik kilidləndiyindən qadın hərəkət edərək qapını açmaqda çətinlik çəkib və yıxılaraq hərəkətsiz vəziyyətdə qalıb.

Ondan narahat olan yaxınları dərhal FHN-ə müraciət edib və qadın halsız vəziyyətdə aşkarlanaraq ünvana çağırılmış təcili tibbi yardım briqadasına təhvil verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam