Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ölkədən qanunsuz pul çıxarılmasının qarşısı alındı- FOTO

    Ölkədən qanunsuz pul çıxarılmasının qarşısı alındı - FOTO

Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən "Berkarar"Ro-Ro tipli gəmi vasitəsilə Türkmənistan Respublikasına getmək istəyən "Toyota Hilux" markalı nəqliyyat vasitəsinin sürücüsü və sərnişini Beynəlxalq Dəniz Ticarət Limanının Bakı terminalının ərazisində yerləşən gömrük postuna daxil olublar.
Yenixeber.org: Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, gömrük sərhədini keçən zaman onlar üzərilərində 9700 ABŞ dolları və 8500 ABŞ dolları məbləğində valyutanı şifahi formada bəyan ediblər və bu məbləğlərdən əlavə valyutanın olmadığını bildiriblər. 



Lakin, hər iki vətəndaşın hərəkətləri şübhə yaratdığı üçün gömrük yoxlamasının keçirilməsi zərurəti yaranıb. Yoxlama zamanı "Toyota Hilux" markalı nəqliyyat vasitəsinin sükanından aşağıda, zavod istehsalı quruluşuna aid çıxıntılı hissəsinin gözlə görünməyən arxa tərəfində, aşkar edilməni çətinləşdirən üsuldan istifadə etməklə gizlədilən və gömrük orqanına bəyan edilməyən 9600 ABŞ dolları aşkarlanıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam