Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Müdafiə Nazirliyinin məmuru rüşvət alarkən yaxalandı

O, vətəndaşdan 1000 dollar məbləğində rüşvət tələb edib.

 

Yenixeber.org: Ermənistan Müdafiə Nazirliyinin məmuru rüşvət alarkən yaxalanıb.

Erməni KİV-lərinə istinadla xəbər verilir ki, Ermənistan Milli Təhlükəsizlik Şurasının əməkdaşları Qeqarkunik rayonu hərbi komissarının müavini A.P.-ni vətəndaşın hərbi biletinə qanunsuz qeyd etmək üçün böyük məbləğdə rüşvət aldığı zaman saxlayıblar.

Faktla bağlı yayılmış məlumatda bildirilir ki, 2019-cu il fevralın 11-də hərbi komissarın müavini hərbi biletinə yalan məlumatlar əlavə etmək məqsədilə hərbi mükəlləfiyyətli vətəndaşdan 1000 dollar məbləğində rüşvət tələb edib. Fevralın 19-da keçirilmiş əməliyyat zamanı məmur həbs edilib, onun və hərbi komissarlığın daha bir əməkdaşının barəsində cinayət işi qaldırılıb.

Ermənistanda daha bir yüksəkvəzifəli məmur – Qida Təhlükəsizliyi Xidmətinin Şirak rayon idarəsinin rəisi Anuş Mnatsakyan da saxta ərzaq məhsullarına sertifikat vermək üçün rüşvət aldığına görə həbs olunub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam