Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Zaqatalada 4-cü sinif şagirdi intihar etməyib- Təfərrüat

Nə qədər qışqırsa da köməyinə gələn olmayıb.

 

Yenixeber.org: Xəbər verildiyi kimi, Zaqatalada intihar hadisəsi baş verib. Rayonun Danaçı kənd sakini, 2008-ci il təvəllüdlü Gülnaz Şaban qızı Naqqayevanin meyiti yaşadığı evin zirzəmisində yaxınları tərəfindən aşkar edilib. İlkin araşdırma zamanı 11 yaşlı G. Naqqayevanın intihar etməsi məlum olub.

Ancaq Danaçı 1 nömrəli orta məktəbdən AzNews.az-a 4-cü sinif şagirdi Gülnaz Naqqayevanın intihar etmədiyi bildirilib:

“Gülnaz Naqqayeva sakit təbiətli bir şagird idi, 4-cü sinifdə oxuyurdu. Heç kəslə işi olmayan bir ailənin uşağıdır. Dərsə davamlı gəlirdi və yaxşı oxuyurdu. Onun özündən başqa bacı və qardaşı da var. Gülnaz intihar etməyib. Hadisə evdə oyun zamanı baş verib. O, bu damdan o dama tullananda ehtiyyatsızlıqdan orada asılı olan ip boğazına keçib. Nə qədər qışqırsa da köməyinə gələn olmayıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam