Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycanda qadın hamamda doğuş keçirib, metlaxın üstünə düşən körpə...

Azərbaycanda qadın hamamda doğuş keçirib, metlaxın üstünə düşən körpə travma alıb

Azərbaycanda qəfil doğuş nəticəsində doğulan körpə kəllə travması alaraq xəstəxanaya yerləşdirilib.

Yenixeber.org: Respublika Müalicəvi Diaqnostika Mərkəzinin açıqladığı məlumata görə, ikinci hamiləliyi olan gənc qadın hamamda olarkən qəflətən sancısı başlayıb və sürətli doğuş nəticəsində dünyaya gələn körpə metlax döşəməyə düşərək kəllə travması alıb. Körpədə sağ təpə-gicgah sümüklərinin xətti sınığı nəticəsində böyük ölçülü epidural və subqaleal hematomalar inkişaf edib.

Körpə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə gətirilib: “Körpənin çəkisi 2,3 kiloqram, başı ovucdan kiçik idi. Belə kiçik körpələr qan itkisinə və cərrahi müdaxiləyə olduqca həssas olur, əməliyyat zamanı qan itkisinə çox diqqət etmək vacibdir”.

RMDM-in neyrocərrahı, uzman həkim Azər Əkbərov tərəfindən hematomalar xaric edilib və əməliyyatdan 3 gün sonra körpə stabil vəziyyətdə və nevroloji qüsur olmadan evinə yazılıb. (ONA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam