Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Əfqanıstanda- avtobus partladılıb, ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabil şəhərində avtobusun partladılması nəticəsində 4 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Yenixeber.org: Bu barədə ölkənin Müstəqil İnzibati İslahat və Mülki Xidmətlər Komissiyasının sözçüsü Fərid Əhmədməlumat verib.

O, partladıcı qurğunun yolun kənarındakı velosipedə bağlandığını qeyd edib: “Təəssüf ki, dörd həmkarımızı itirdik, doqquzu da yaralanıb”.

Belə ki, avtobus ramazan ayının başa çatması münasibətilə keçirilən tətil ərəfəsində rəsmi gözətçi agentliyinin əməkdaşlarını evə aparırmış.

Digər tərəfdən, ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Nəsrət Rəhimi Kabildə kriminal və üsyançı ünsürlər tərəfindən geniş istifadə edilən yapışqanlı bomba vasitəsilə törədilən partlayış nəticəsində 5 nəfər mülki şəxsin öldüyünü, 10 nəfərin də yaralandığını bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam