Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ali Məhkəmənin hakimi təsdiqləndi

 

Bu vəzifəyə yenidən Gülüzar Rzayeva təyinat alıb

"Xeberinfo.com":  Məlumata görə, Azərbaycan Respublikası Ali Məhkəməsinə hakimi təyin edilib. Milli Məclisin gündəliyinə daxil edilən qanun layihəsi səsverməyə qoyulub və yetərsayla qəbul edilib. Hakim vəzifəsinə yenidən Gülüzar Rzayeva təsdiqlənib.

Millət vəkilləri Gülüzar Rzayevanı təyinatla bağlı təbrik ediblər.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, 65 yaşlı G. Rzayeva 2010-cu ildən Ali Məhkəmənin hakimi işləyir.

Bununla yanaşı “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa dair” sazişin təsdiq edilməsi haqqında qanununun layihəsi də səsverməyə çıxarılıb. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisdə “Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə” kredit sazişi də təsdiq edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam