Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Həyəcanlanan sürücünün maşınından -avtomat çıxdı

Həyəcanlanan sürücünün maşınından avtomat çıxdı

 

Yol polisinin əmrinə tabe olmayan sürücünün maşınında silah var imiş.

Yenixeber.org: İyulun 10-da saat 12 radələrində Şəmkir rayonu ərazisində “BMW” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postunda ona “Saxla” işarəsi verilib. Lakin sürücü tabeçilik göstərməyərək hərəkətə davam edib.

Həmin avtomobil Könüllü kəndi ərazisində məcburi qaydada dayandırılıb. Sənədlərini təqdim etmək tələb olunarkən sürücü və sərnişinin şübhəli davranışları, həyəcanlı halda olmaları yol polisi əməkdaşlarının diqqətindən yayınmayıb.

Avtomobilin yük yerinə baxış zamanı oradan “AKM” markalı silah və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Nəqliyyat vasitəsinin sürücüsü, Gəncə şəhər sakini A.Hüseynov və sərnişini olan qardaşı H.Hüseynov saxlanılaraq aidiyyəti üzrə təhvil veriliblər. Araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam